
İranın Konarak, Buşehr və Çoqadak şəhərlərində bir neçə partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ölkənin cənub-şərqindəki Konarak liman şəhərində üç partlayış səsi eşidilib. İranın cənub-qərbindəki Buşehr və yaxınlıqdakı Çoqadak şəhəri yaxınlığında daha iki partlayış baş verib. Mümkün dağıntı və ya tələfat barədə məlumat hələlik açıqlanmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz