“İstəmərik, hansısa oyunçumuz kənar qalsın” − Qurbanov Elvindən danışdı


Xəbər verdiyimiz kimi, “Qarabağ” bu gün Avropa Liqasında I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu 3:0 hesabı ilə məğlub edib.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Digər suallarla yanaşı, jurnalistlər məşqçiyə Elvin Cəfərquliyevlə bağlı sual ünvanlayıblar:
- Elvin Cəfərquliyevin geri qayıdışı başqa klublara transferininin baş tutmaması ilə əlaqədardır, yoxsa onu bağışlamısız?
- Başqa klublara transfer olsaydı, alınsaydı, yox deməyəcəkdik. Ümumi belə, qayıtdı. Çox da geniş məlumat verməyə ehtiyac yoxdur. Bəzi görüşlər oldu. İstəmərik ki, hansısa oyunçumuz-azərbaycanlı, ya xarici olsun, futboldan kənar qalsın. Amma qayda-qanun var, hamımız buna əməl etməliyik. Lazım olanda sərt reaksiyalar da verməliyik. Bəzi görüşlərimiz oldu.
Xatırladaq ki, daha öncə Elvin Cəfərquliyev intizam qaydalarını pozduğu üçün əsas heyətdən uzaqlaşdırılmışdı və onun satışı ilə bağlı KİV-də məlumatlar paylaşılırdı. Bu gün keçirilən görüşdə, futbolçu 4 ay sonra komandanın heyətində meydana çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top