Xamenei ilə vida mərasimlərində 10 milyon insan iştirak edib


Dünən İraqda keçirilən İranın mərhum Ali Lideri Əli Xameneinin dəfn mərasimində 10 milyondan çox zəvvar iştirak edib.
Yeniavaz.com
xəbər verir ki, bu rəqəmlər Ali Matəm Tədbirləri Komitəsi tərəfindən açıqlanıb.
“İlkin statistika göstərir ki, İraqın Nəcəf və Kərbəla şəhərlərində keçirilən dəfn mərasimlərində və dini ayinlərdə 10 milyondan çox yas tutan iştirak edib”, - məlumatda deyilir. 
Ali Komitə İraqda dəfn mərasimlərinin uğurla keçirilməsində göstərdikləri dəstəyə və köməyə görə bütün rəsmi qurumlara, müqəddəs yerlərə, təhlükəsizlik və silahlı qüvvələrə, minlərlə könüllüyə və bütün İraq xalqına dərin minnətdarlığını bildirib”.
 

DİGƏR XƏBƏRLƏR

Top