
Ermənistanda müxalifətdə olan əsas siyasi təşkilatlardan birinin – “Güclü Ermənistan” partiyasının lideri, rusiyalı milyarder Samvel Karapetyanın ev dustaqlığının müddətini uzadılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın KİV məlumat yayıb.
Bildirilib ki, məhkəmə rusiyalı iş adamının ev dustaqlığının müddətini daha 2 ay uzadıb.
Xatırladaq ki, müxalif partiyanın lideri “hakimiyyətin zorla ələ keçirilməsinə çağırış” maddəsi ilə açılan cinayət işi çərçivəsində ev dustaqlığında saxlanılır.
Tətbiqimizi yükləyə bilərsiniz