
Azərbaycanlı futbolçu Raul Süleymanov Almaniyanın “Herta” klubu ilə müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə 16 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat yayıb.
“Etimada görə təşəkkür edirəm. “Herta” ilə ilk peşəkar müqaviləmi imzaladığım üçün qürur duyuram. Qarşıdakı dövrü səbirsizliklə gözləyirəm”, - Süleymanov yazıb.
Qeyd edək ki, Raul Süleymanov daha əvvəl Azərbaycanın U-21 millisindən dəvət alıb.
12 yaşından etibarən “Herta Berlin”in aşağı yaş qruplarında çıxış edən hücumameyilli yarımmüdafiəçi bundan sonra klubun əsas komandasında yer qazanmaq uğrunda mübarizə aparacaq. Qeyd edək ki, Raul Süleymanov 2022-ci ilin yayından “Herta”nın akademiyasında çıxış edir.
Tətbiqimizi yükləyə bilərsiniz