
İranın mərhum Ali Lideri Əli Xameneinin onun doğma şəhəri olan Məşhəddə dəfn mərasimi keçirilib.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, dəfn mərasimi İmam Rza ziyarətgahına doğru bir neçə kilometr uzanıb.
Gecə ərzində şiə ziyarətgahına gələn bir çox iranlı Məşhədin mərkəzi meydanını tərk etməyib. Hətta bəziləri ziyarətgahın divarlarının yanında istirahət zonası da qurublar.
Mərhum Ali Liderin cənazəsini daşıyan dəfn mərasimi Məşhədin əsas küçəsi olan İmam Rza küçəsi boyunca dəfn yerinə doğru hərəkət edib. İranlılar qırmızı bayraqlar və Xameneinin portretlərini daşıyaraq “Amerikaya ölüm, İsrailə ölüm!” kimi şüarlar səsləndiriblər.
Tətbiqimizi yükləyə bilərsiniz