Ərdoğanın hədiyyə etdiyi tapançanı aeroportda polisə verdi – Fotolar


Belçikanın Baş naziri Bart De Vever Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən NATO sammitindən sonra ona tapança verdiyindən xəbərsiz olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Nieuwsblad” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, baş nazir bu barədə yalnız Belçikaya gəldikdən sonra məlumat əldə edib.
Hədiyyəni aldıqdan sonra De Vever bağlamanı nümayəndə heyətinin üzvlərinə təhvil verib və onlar bağlamanı açılmadan Belçikaya çatdırıblar. Brüsselə çatdıqdan sonra nümayəndə heyəti Ərdoğanın hər kəsə belə bir hədiyyə verdiyi barədə xəbərləri oxuyub.
Hədiyyəni açdıqdan sonra De Wever silahı hava limanında polisə təhvil verib. Silah hazırda hava limanının seyfindədir. Onun sonrakı taleyi məlum deyil.
Qeyd edək ki, “Politico” qəzeti əvvəllər Türkiyə Prezidentinin NATO sammitindən sonra vida hədiyyəsi olaraq Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə, Avropa Şurasının Prezidenti António Koştaya və Aİ liderlərinə həkk olunmuş tapançalar və döyüş sursatları hədiyyə etdiyini bildirmişdi.
Xatırladaq ki, NATO-nun zirvə görüşü 7-8 iyul tarixlərində Ankarada keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top