
ABŞ Prezidenti Donald Tramp bildirib ki, vəzifədə olduğu müddətdə sui-qəsd ehtimalı 5,2% təşkil edir.
Yeniavaz.com xəbər verir ki, o bu barədə NATO sammitindən sonra Ankarada keçirilən mətbuat konfransında jurnalistin İrandan gələ biləcək təhdidlərlə bağlı sualına cavab olaraq bildirib.
“Prezidentin həyatı çox təhlükəlidir. Bu, təhlükə 5,2%-dir. Avtomobil yarışçıları üçün ölüm ehtimalının nə qədər olduğunu bilirsinizmi? 0,1%. Rodeo iştirakçıları üçün də rəqəm eynidir: 0,1%”, - Tramp qeyd edib.
Tramp, həmçinin özünün İranın zərərsizləşdirmək istədiyi şəxslərin siyahısında birinci olduğunu deyib.
Tətbiqimizi yükləyə bilərsiniz