
2026-cı ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 226,3 milyon manat məbləğində 2242 ipoteka krediti verilib.
Yeniavaz.com Fondun rəsmi saytına istinadla xəbər verir ki, bunlardan 1418 ədədi (156,1 milyon manat məbləğində) adi, 824 ədədi isə (70,2 milyon manat məbləğində) güzəştli ipoteka krediti olub.
Bildirilib ki, uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsinin həyata keçirildiyi 2006-cı ildən bəri Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 3,98 milyard manat olub.
Qeyd olunub ki, ayrılan kreditlər, ümumilikdə 59 mindən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan verib.
“İpoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22 faizə yaxını isə regionların payına düşüb”, - Fondun məlumatında bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz