Daha bir azərbaycanlı diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı


Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib.
Yeniavaz.com
RBK-ya istinadla xəbər verir ki, qərarın səbəbləri haqqında məlum göstərilməyib.
Agentlik yazır ki, “Samara Vilayəti Azərbaycanlıları Liqası”nın rəhbəri hazırda Azərbaycandadır və o, Rusiya vətəndaşlığının ləğvi barədə bildirişi Azərbaycanda olarkən alıb.
Qeyd edək ki, Şirvan Kərimov hazırda Samara Vilayəti İctimai Palatasının fəaliyyətdə olan üzvü və “Pravovoy Sovetnik” (“Hüquq Məsləhətçisi”) Samara Vəkillər Kollegiyasının vəkilidir.
Xatırladaq ki, ötən il Ulyanovskdakı Azərbaycan diasporunun lideri İslam Hüseynov da Rusiya vətəndaşlığından məhrum edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top