
Portuqaliya millisinin yeni baş məşqçisi Xorxe Jesus olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist, insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Kriştianu Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”in keçmiş baş məşqçisi milli komandaya rəhbərlik etməyə razılıq verib.
Jesusun Portuqaliyaya 2028-ci ildə keçiriləcək Avropa və 2030-cu ildə keçiriləcək Dünya Çempionatında rəhbərlik edəcəyi gözlənilir.
İnsayder bildirib ki, 71 yaşlı mütəxəssislə müqavilənin imzalanması 12 iyul bazar günü açıqlanacaq.
Qeyd edək ki, bundan əvvəl ispan mütəxəssis Roberto Martines Portuqaliya millisinin baş məşqçisi vəzifəsindən istefa vermişdi.
Xatırladaq ki, Jesus 2025/2026 mövsümünün sonunda “Əl-Nəsr” klubunun baş məşqçisi vəzifəsindən isteda verib. O, komanda ilə Səudiyyə Ərəbistanı çempionluğunu qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz