“Yeni Konstitusiyanın layihəsi ilin sonuna qədər dərc olunacaq” – Paşinyan


Ermənistanın yeni Konstitusiyasının layihəsi ilin sonuna qədər dərc olunacaq.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
Onun sözlərinə görə, Yeni Konstitusiyanın mətni üzərində iş seçki dövrü ilə əlaqədar təxirə salınıb. Layihə üçün təkliflər artıq toplanıb və onların müzakirəsi demək olar ki, başa çatıb.
“Hazırda onlardan yalnız biri üzrə müzakirələr davam edir”, - Paşinyan qeyd edib.
“Mən heç bir konkret tarix deyə bilmərəm, yalnız onu deyə bilərəm ki, mətni ilin sonuna qədər dərc edəcəyik”, - deyə hökumət başçısı yekunlaşdırıb.

DİGƏR XƏBƏRLƏR

Top