Britaniya “Zəngəzur” tankerini sanksiya siyahısından çıxardı


Böyük Britaniya iyulun 7-də Rusiyaya qarşı sanksiya siyahısını yeniləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat krallığın rəsmi saytında öz əksini tapıb.
Yenilənmiş sənədə görə, “Zəngəzur” neft tankeri Böyük Britaniyanın sanksiya siyahısından çıxarılıb.
Sənəddə qeyd olunur ki, tanker əvvəllər Rusiya mənşəli neft və neft məhsullarının üçüncü ölkələrə daşınmasına görə sanksiya siyahısına daxil edilib.
Eyni zamanda sənəddə sanksiyanın səbəbi kimi Ukraynanın qeyri-sabitliyinə kömək etmək, o cümlədən həmin ölkənin ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə təhdid yaratmaq, eləcə də Rusiya hökumətinə gəlir əldə etməkdə kömək etmək ittihamları göstərilib.
Qeyd edək ki, “Zəngəzur” tankeri 2010-cu ildə inşa edilib. Onun çəkisi 60,379 tondur. Gəmi hazırda Azərbaycan bayrağı altında üzür.

DİGƏR XƏBƏRLƏR

Top