Paşinyan sabahdan 20 günlük məzuniyyətə çıxır


Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 10-dan 29-dək məzuniyyətdə olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədəBu barədə News.am-a hökumətin mətbuat xidmətindən bildirilib.
Bu barədə jurnalistlərlə söhbət edən Paşinyan, rəsmi məzuniyyətə baxmayaraq, iş proseslərindən tamamilə təcrid olunmayacağını və xüsusilə regional gündəmlə bağlı məsələlərin nəbzini tutmağa davam edəcəyini vurğulayıb:
“Bəli, sabahdan etibarən məzuniyyətdə olacağam. Onu Ermənistanda keçirməyi planlaşdırıram. Amma təbii ki, regional xarakterli məsələlər də daxil olmaqla, müəyyən məsələlər ortaya çıxacaq, ona görə də zərurət yaranarsa, işləməyə davam edəcəm”.

DİGƏR XƏBƏRLƏR

Top