
İran Xarici İşlər Nazirliyi Tehrandakı Böyük Britaniya səfiri Huqo Şörteri çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Məlumata görə, səfirin çağırılmasına səbəb İranın Böyük Britaniyanın təhlükəsizlik məsələlərinə təsir edən fəaliyyətlərdə iştirakı ilə bağlı əsassız ittihamlara etiraz etməsi olub.
İran XİN səfirə yazılı etiraz notası təqdim edib.
İran tərəfi həmçinin Bötük Britaniyanı ABŞ və İsraillə əlbir olmaqda ittiham edib.
Tətbiqimizi yükləyə bilərsiniz