Durov Parisdə yenidən dindirildi


“Telegram”ın qurucusu Pavel Durov Parisdə messencerin cinayətkar fəaliyyətdə mümkün iştirakı ilə bağlı istintaq çərçivəsində yenidən dindirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, proses altı saatdan çox davam edib.
AFP agentliyinin istinad etdiyi mənbəyə görə, bu, onun 2024-cü ildə ittihamlar irəli sürüləndən bəri dördüncü dindirilməsi olub.
İş adamının vəkilləri bildiriblər ki, cinayət işinın açılmasından təxminən iki il sonra hələ də ittihamların əsaslılığını təsdiqləyən heç bir element yoxdur.
Müdafiə tərəfi həmçinin, Fransa və Avropa məhkəmələrinə şikayətlər verdiyini bildirib.
Qeyd edək ki, Durov 24 avqust 2024-cü ildə Parisdəki Le Burje hava limanında “Telegram” moderatorluğu ilə bağlı ittihamlarla həbs edilib. O, cinayətkar qrupun tərkibində qanunsuz əməliyyatlar aparmaq üçün platformanın idarə olunmasında iştirak etməkdə ittiham olunur.
Mayın 17-də Paris prokuroru Lor Beko “Telegram”ın qurucusuna qarşı istintaqın davam etdiyini və Durovun məhkəmə nəzarəti altında olduğunu bildirib. Aprelin 20-də Durov Fransada hər biri 10 ilə qədər həbs cəzasını nəzərdə tutan on ikidən çox ittihamla üzləşdiyini qeyd edib. Aprelin 25-də o, Fransa rəsmilərini kripto pul kisələri sahiblərinin məlumatlarını cinayətkarlara satmaqda günahlandırıb və “Telegram”ın Fransa bazarından çıxacağını istisna etməyib.

DİGƏR XƏBƏRLƏR

Top