“Real” Dünya Kubokundan sonra Bellinqemlə müqaviləni uzadacaq


“Real Madrid” ingilis yarımmüdafiəçi Cud Bellinqemlə müqaviləni uzatmaq niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Qrem Beyli sosial şəbəkə səhifəsində məlumat yayıb.
O, Madrid klubunun ingilis futbolçu ilə müqaviləni 2026-cı il Dünya Kubokundan dərhal sonra uzatmaq üçün danışıqlara başlayacağını qeyd edib.
Qeyd edək ki, bundan əvvəl İspaniya mətbuatı yeni baş məşqçi Joze Mourinyonun Bellinqemi komandanın vacib bir hissəsi kimi gördüyünü və onun start heyətindəki yerini şübhə altına almaq niyyətində olmadığını bildirmişdi.
Xatırladaq ki, ötən mövsüm Bellinqem bütün yarışlarda 40 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.
“Transfermarkt” portalına görə, onun transfer qiyməti 130 milyon avrodur. Cud hazırda İngiltərə millisinin 2026-cı il Dünya Kuboku üçün heyəti ilə birlikdədir və milli komandası artıq 1/4 finala yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top