
ABŞ Prezidenti Donald Tramp iddia edir ki, ABŞ-nin İrana qarşı təkrarlanan hərbi hücumlarından sonra İran rəsmiləri ona zəng edərək razılaşma əldə etmək istəyiblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, Tramp bu barədə Türkiyədə keçirilən NATO sammitindən qayıdarkən “Air Force One” təyyarəsində jurnalistlərlə söhbəti zamanı danışıb.
“Bir müddət əvvəl zəng etdilər, həqiqətən də razılaşmaq istəyirlər. Sadəcə olaraq, razılaşmaya layiq olub-olmadıqlarını və buna əməl edib-etməyəcəklərini deyə bilmərəm”, - Tramp qeyd edib.
Qeyd edək ki, son iki gecə ərzində ABŞ Hörmüz boğazında gəmilərin atəşə tutulmasına cavab olaraq İrana qarşı zərbələri bərpa edib.
Tramp İranın ticarət gəmilərinə yenidən hücum edəcəyi təqdirdə ABŞ ordusunun daha güclü zərbələr endirəcəyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz