“Hörmüz İranın şərtləri ilə açılacaq, ABŞ-nin təhdidləri ilə deyil”


İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Hörmüz boğazının yalnız Tehranın şərtləri ilə açılacağını bəyan edib.
Yeniavaz.com
xəbər verir ki, Qalibaf bu barədə “X” sosial media hesabında yazıb.
“Əgər zərbə endirsəniz, sizə cavab zərbəsi endiriləcək. Boş yerə vuruşmayın, əks halda daha da dərinə batacaqsınız. Hörmüz boğazı yalnız İranın şərtləri ilə açılacaq, Amerikanın təhdidləri ilə deyil”, - deyə parlament sədri bildirib.
O qeyd edib ki, ABŞ hələ də hədə-qorxu və vədləri pozmağın artıq cəzasız qalmadığını başa düşmür.
Xatırladaq ki, son iki gecə ərzində ABŞ İrana qarşı hücumları bərpa edib. Tehran bu hücumlara qarşı müvafiq cavab tədbirləri görüb.

DİGƏR XƏBƏRLƏR

Top