ABŞ və İran arasında qarşıdurma bu gecə də davam edib


ABŞ gecə İrana yeni hava hücumları həyata keçirib.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, Prezident Donald Tramp bunun dünən İranın gəmiləri bombalamasına görə qisas olduğunu bildirib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son hücumlarda təxminən 90 İran hədəfinə zərbə endirildiyini və bu zərbələrin İranın Hörmüz boğazında ticarət gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək qabiliyyətini daha da zəiflətmək üçün nəzərdə tutulduğunu bəyan edib.
Zərbələr barədə məlumat verildikdən bir neçə saat sonra ABŞ Prezidenti “Air Force One” təyyarəsində jurnalistlərə bildirib ki, İran rəsmiləri bir müddət əvvəl zəng edib:
“Onlar çox pis bir razılaşma əldə etmək istəyirlər. Lakin onların razılaşmaya layiq olub-olmadıqlarından əmin deyiləm”.
Daha sonra İran tərəfi cavab hücumları həyata keçirdiyini bəyan edib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayarq bildirib ki, ABŞ-nin Körfəz ölkələrindəki hərbi bazaları vurulub.
Xarici KİV Bəhreyn, Küveytdə partlayış səslərinin eşidilməsi ilə bağlı məlumat yayıb. Qətərdə isə təhlükəsizlik xəbərdarlığı edilib.
Xatırladaq ki, ABŞ ötən gecə də İranda 80-dən çox hədəfə zərbələr endirmiş və bunu Hörmüz boğazında ticarət gəmilərinə edilən hücumlara cavab adlandırmışdı.
Tramp isə ötən gün İran ilə atəşkəsin başa çatdığını elan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top