Sel gəldi, Zaqatalanın bir kəndi ilə əlaqə kəsildi – Video


Zaqatalanın ucqar dağ kəndlərindən biri ilə əlaqə kəsilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, buna intensiv leysan yağışları səbəbilə Tala çayından keçən sel səbəb olub.
Belə ki, Tala çayının rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində çayın sol sahilində Meşleş kəndinə gedən yolu sel suları yuyub və yoldan gediş-gəliş dayanıb.

DİGƏR XƏBƏRLƏR

Top