Rusiya voleybolçularına beynəlxalq yarışlarda iştirak etməyə icazə verildi


Beynəlxalq Voleybol Federasiyası (FIVB) Rusiya idmançılarına öz himayəsi altında yarışlarda iştirak etməyə icazə verib.
Yeniavaz.com
xəbər verir ki, bu, Beynəlxalq Olimpiya Komitəsinin Rusiya idmançılarına qoyulan məhdudiyyətləri aradan qaldıran son qərarından sonra baş verib.
Bildirilib ki, Rusiya milli komandaları dondurulma zamanı sahib olduqları xal sayı ilə dünya reytinqində bərpa olunacaqlar.
Rusiya bayrağı və himninin istifadəsi FIVB və Avropa Voleybol Konfederasiyasının (CEV) ixtiyarındadır. Qərar müvafiq beynəlxalq idman təşkilatları ilə məsləhətləşmələr yolu ilə veriləcək.
Xatırladaq ki, Rusiya idmançıları 2022-ci ildə Rusiya ilə Ukrayna arasında müharibənin başlamasından sonra beynəlxalq yarışlardan kənarlaşdırılıblar.

DİGƏR XƏBƏRLƏR

Top