NATO-nun Ankara sammiti çərçivəsində 50 milyardlıq müqavilələr imzalanıb


NATO-nun Ankara sammiti çərçivəsində keçirilən müdafiə sənayesi forumunda ən azı 50 milyard dollar dəyərində müqavilələr imzalanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, müqavilələr hava hücumundan müdafiə sistemlərinin, pilotsuz uçuş aparatlarının alınmasını və silah və hərbi texnika sahəsində birgə layihələrin həyata keçirilməsini əhatə edir.
NATO-nun baş katibi Mark Rutte sammit çərçivəsində 20 ittifaq ölkəsinin növbəti beş il ərzində dronların və pilotsuz uçuş əleyhinə sistemlərin istehsalına 40 milyard dollar sərmayə qoyacaq “Drone Edge” təşəbbüsündə iştirak edəcəyini açıqlayıb. O bildirib ki, NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müdafiə müqavilələri imzalayacaqlar.
Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv olan 32 ölkənin lideri Ankarada keçirilən iki günlük NATO sammitində iştirak edir. İyulun 8-də ittifaqın dövlət və hökumət başçılarının iştirakı ilə plenar iclas keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top