
“Tehran ABŞ-nin təhdidləri səbəbindən Vaşinqtonla yekun razılaşma üzrə danışıqları dayandırır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə yüksək vəzifəli İran mənbəsi TASS-a danışıb.
Mənbə bildirib ki, ABŞ prezidentinin İran xalqına qarşı birbaşa təhdidləri və Vaşinqtonun öhdəliklərini dəfələrlə pozması səbəbindən İran ABŞ ilə yekun razılaşma üzrə danışıqları dayandırıb:
“ABŞ-nin hər hansı yeni hərbi əməliyyatı daha qətiyyətli və genişmiqyaslı cavabla qarşılanacaq. Öhdəliklərini pozaraq, ABŞ Hörmüz boğazında İrandan kənar tranzit marşrutunu aktivləşdirməyə çalışıb ki, bu da İslamabad Sazişinin 5-ci maddəsinə birbaşa ziddir. Memorandumun müddəalarına istinad edən İran bu addıma qarşı çıxıb və Hörmüz boğazının yalnız İran dəniz mexanizmləri ilə idarə olunmalı olduğunu təkrarlayıb.
İran əvvəllər təhlükəli hesab edilən İrandan kənar marşrutlar vasitəsilə tranzit icazəsi verməkdən imtina edib. Tehran vurğulayır ki, bu strateji su yolunda dəniz nəqliyyatı ciddi şəkildə İran protokollarına uyğun olaraq idarə olunacaq.
Öhdəliklərini pozmağa davam edən ABŞ İranın cənub adalarına hücum edib. İslamabad Anlaşma Memorandumunun kobud şəkildə pozulmasını təşkil edən bu təcavüzə cavab olaraq, İran bölgədəki ABŞ mövqelərinə qarşı genişmiqyaslı cavab zərbələri endirdi. İran ABŞ-nin gələcək hər hansı bir hərbi əməliyyatına əvvəlkindən daha qətiyyətli, genişmiqyaslı və sərt cavab veriləcəyi barədə sərt xəbərdarlıq edir”.
Tətbiqimizi yükləyə bilərsiniz