Vozinya Messinin komanda yoldaşı ola bilər


“Şimali Amerika Böyük Liqasının (MLS) klubu olan “İnter Mayami” Kabo Verde millisinin qapıçısı Vozinha ilə maraqlanır” .
Yeniavaz.com
xəbər verir ki, u barədə İspaniyanın “Marca” qəzeti məlumat yayıb. 
Mənbənin məlumatına görə, “İnter Mayami” 2026-cı il Dünya Kubokundakı uğuru sayəsində klub rəhbərliyinin diqqətini cəlb edən 40 yaşlı qapıçı ilə müqavilə imzalamağı düşünür. Vozinha Amerika klubunda oynayan argentinalı Lionel Messinin komanda yoldaşı ola bilər.
Vozinha Portuqaliyanın ikinci divizion klubu “Çaves”dən ayrıldıqdan sonra azad agentdir. “Transfermarkt”ın məlumatına görə, onun dəyəri 50.000 avro qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top