Dünyada ən çox milyoner hansı ölkələrdə yaşayır? – Siyahı


Dünyada ən azı 1 milyon dollar sərvətə sahib olan insanların sayı 57,5 milyona çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat İsveçrənin UBS bankı tərəfindən hazırlanan hesabatda yer alıb.
Bildirilir ki, 2025-ci ildə qlobal miqyasda təxminən 1 milyon yeni milyoner yaranıb. Milyonerlərin böyük hissəsi isə bir neçə əsas iqtisadiyyatda cəmləşib. ABŞ dünyada ən çox milyoner yaşayan ölkə olaraq liderliyini qoruyur.
ABŞ-də 23,6 milyon milyoner yaşayır ki, bu da dünya üzrə bütün milyonçuların təxminən 41%-ini təşkil edir.
Hesabata görə, 2025-ci ildə ABŞ-də 440 mindən çox yeni milyoner yaranıb. ABŞ-də yetkin əhalinin təxminən 62%-inin səhmlərə sahib olması uzunmüddətli sərvət artımına təsir göstərib.
Milyoner sayına görə ikinci yerdə Çin qərarlaşıb. Ölkədə 5,3 milyon dollar milyonçu yaşayır. Yaponiya isə 2,9 milyon milyonerlə üçüncü sıradadır.
Avropa ölkələri də qlobal siyahıda mühüm yer tutur. Almaniya, Böyük Britaniya, Fransa, Niderland, İtaliya və digər Avropa ölkələri dünyanın ən çox milyonçuya sahib 20 ölkəsi arasında yer alıb.
Hindistanda 944 min milyoner yaşayır. Bu göstərici ölkəni İsveçrə ilə eyni səviyyəyə gətirir. Rusiya, Braziliya, Səudiyyə Ərəbistanı, Meksika və Türkiyə də siyahıda yer alan ölkələr sırasındadır.
Hesabatda qeyd olunur ki, 2025-ci ildə qlobal şəxsi sərvət 10,8% artıb.
2026-cı ildə ən çox milyonerin yaşadığı 35 ölkə bunlardır:
ABŞ – 23 627 000
Çin – 5 305 000
Yaponiya – 2 902 000
Almaniya – 2 648 000
Böyük Britaniya – 2 428 000
Fransa – 2 388 000
Kanada – 2 098 000
Avstraliya – 1 634 000
Cənubi Koreya – 1 317 000
Niderland – 1 294 000
İtaliya – 1 235 000
İspaniya – 1 077 000
İsveçrə – 944 000
Hindistan – 944 000
Tayvan – 772 000
Honkonq – 628 000
Belçika – 556 000
İsveç – 507 000
Rusiya – 447 000
Braziliya – 386 000
Səudiyyə Ərəbistanı – 348 000
Meksika – 333 000
Sinqapur – 244 000
İsrail – 195 000
İrlandiya – 192 000
BƏƏ – 183 000
Portuqaliya – 181 000
Polşa – 101 000
Cənubi Afrika – 97 000
Türkiyə – 93 000
Lüksemburq – 85 000
Yunanıstan – 82 000
Qətər – 30 000
Macarıstan – 27 000
Kipr – 24 000


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top