
Balakən rayonu, Katex kəndində bir nəfər sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
“Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş – 1985-ci il təvəllüdlü Ramiz Şaban oğlu Asxabov xilas edilib”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz