
Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Martin O'Nil “Qarabağ”ın hücumçusu Kamilo Duranın kluba keçdiyini təsdiqləyib.
Yeniavaz.com BBC telekanalına istinadla xəbər verir ki, o, hazırda 24 yaşlı kolumbiyalı futbolçunun “Seltik”də tibbi müayinədən keçdiyini bildirib.
“Bizdə gənc oğlan Duran var. O, hazırda tibbi müayinədən keçir”, - Martin O'Nil “Celtic TV”yə deyib.
Şotlandiya mediasında yayılan məlumata görə, müqavilə 3+1 prinsipi ilə imzalanacaq.
“The Herald” qəzeti isə Şotlandiya nəhənginin 24 yaşlı hücumçunun transferi üçün 5,5 milyon funt sterlinq (təxminən 12 milyon manat) ödəməyə razılaşdığını bildirib.
Qeyd edək ki, Duran ümumilikdə ötən mövsüm “Qarabağ”ın heyətində 48 oyun keçirib, 15 qol vurub və 10 məhsuldar ötürmə edib. O, UEFA Çempionlar Liqasında keçirdiyi 10 oyunda isə 5 dəfə fərqlənib.
Tətbiqimizi yükləyə bilərsiniz