
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla fikir ayrılıqlarının olduğunu etiraf edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.
“Bəli, zaman-zaman fikir ayrılıqlarımız olub. O, ABŞ Prezidentidir və ABŞ üçün vacib və yaxşı olanı edir. Mən İsrailin Baş naziriyəm və İsrail üçün vacib və yaxşı olanı edirəm”, - Netanyahu qeyd edib.
Eyni zamanda, Netanyahu qeyd edib ki, İsrail və ABŞ-nin maraqları əksər hallarda üst-üstə düşür.
“Əsas məsələlərdə fikirlərimiz üst-üstə düşür. Bəzən fikir ayrılığımız olur, amma biz əsl müttəfiq olaraq qalırıq”, - o əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz