NATO iclasına idman ayaqqabıları ilə gəldi, zarafat mövzusu oldu – Video


Boyu 2 metr 2 santimetr olan Albaniyanın Baş naziri Edi Rama Ankarada keçirilən NATO sammitində liderlərin iclasına idman ayaqqabısı ilə gəlib.
Yeniavaz.com
xəbər verir ki, bunu görən Fransa Prezidenti Emmanuel Makron ona atmaca atıb və bu zalda gülüş doğurub.
Rama isə “Bir pillə aşağı enim mi?” deyə Fransa prezidentinin atmacasına zarafatla cavab verib.
Daha sonra zala daxil olan ABŞ Prezidenti Donald Trampa NATO-nun baş katibi Mark Rutte Ramanın idman ayaqqabılarını göstərib. Lakin Tramp buna reaksiya verməyib.

DİGƏR XƏBƏRLƏR

Top