“Netanyahunun Ərdoğan haqqında dedikləri xoşuma gəlmir” – Tramp


ABŞ Prezidenti Donald Tramp Netanyahunun Ankaradakı Prezident Sarayında keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammitindən əvvəl Türkiyəni nüfuzdan salmaq məqsədi daşıyan açıqlamalarına münasibət bildirib.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, Tramp Netanyahunun Türkiyə və Prezident Ərdoğan haqqında dediklərinin xoşuna gəlmədiyini qeyd edib.
“Netanyahunun Türkiyə və Prezident Ərdoğan haqqında dedikləri xoşuma gəlmir. O, Türkiyə haqqında pis şeylər deyir. Ərdoğanla danışdım, o, İsraili və Bibini (Netanyahu nəzərdə tutulur – red.) çox sevmir. Bibi də onu çox sevmir”, - Tramp bildirib.
İranla münasibətlərdə vasitəçilik edən ölkələrin rasional hərəkət etdiyini qeyd edən Tramp, “Mən Prezident Ərdoğanı sevirəm”, - deyib.
Tramp Türkiyənin çox güclü orduya malik olduğunu bildirib və qeyd edib ki, F-35 qırıcı təyyarələrini aldıqdan sonra bu güc daha da artacaq.

DİGƏR XƏBƏRLƏR

Top