
Suriyanı keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Ankaraya gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, Şaraanı Esenboğa Hava Limanında ticarət naziri Ömər Bolat və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd olunub ki, Əhməd Əl Şaraa NATO-nun dövlət və hökumət başçılarının 36-cı Zirvə toplantısında iştirak etmək üçün Ankaraya gəlib.
Tətbiqimizi yükləyə bilərsiniz