Ankarada NATO sammiti davam edir


Türkiyənin paytaxtı Ankarada keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları sammiti davam edir.
Yeniavaz.com
“TRT Haber”ə istinadla verir ki, Prezident İqamətgahında keçirilən sammitdə iştirak edən liderlər ailə fotosu çəkdiriblər.
Fotoda Türkiyə, ABŞ, Fransa, Çexiya, Latviya, Finlandiya, Rumıniya, Slovakiya, Polşa, Xorvatiya, Litva, Niderland, Almaniya, İngiltərə, İspaniya, Danimakrka, Yunanıstan, Portuqliya, Lüksemburq, Belçika, Sloveniya, Norveç, Bolqarıstan, Çernoqoriya, Kanada, İslandiya, İsveç və Albaniya liderləri yer alıb.
Daha sonra liderlər sammitin gündəliyindəki strateji məsələləri müzakirə etmək və alyansın gələcəyi ilə bağlı qərarlar qəbul etmək üçün Prezident Sərgi Salonunda yerlərini tutublar.
Görüşdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp qısa və qeyri-rəsmi söhbət edərək vacib məsələləri müzakirə ediblər. Ayaqüstü söhbətdə Türkiyə xarici işlər naziri Hakan Fidan da iştirak edib.
Sammitin ikinci günündə keçiriləcək sessiyalarda regional təhlükəsizlik, NATO-nun genişlənmə strategiyaları və qlobal müdafiə əməkdaşlığı kimi vacib mövzuların müzakirəsi gözlənilir.
Ərdoğanın sammit boyunca iştirakçı liderlərlə təkbətək və nümayəndə heyətləri səviyyəsində görüşlərini davam etdirməsi və axşam saatlarında sammitin nəticələri ilə bağlı mətbuat konfransı keçirməsi nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top