
Əlahiddə Ümumqoşun Ordu komandanına birinci müavin təyin olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilir ki, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Telman Hüseynov müvafiq əmrlə Əlahiddə Ümumqoşun Ordu komandanı Kənan Seyidovun birinci müavini vəzifəsinə təsdiqlənib.
Qeyd edək ki, T.Hüseynov bu təyinata qədər komandan müavini vəzifəsində çalışırdı. Əvvəlki birinci müavin general-mayor Etibar Məhərrəmov isə bu yaxınlarda Müdafiə Nazirliyinin baş idarələrindən birində müavin vəzifəsinə təyin olunub.
Tətbiqimizi yükləyə bilərsiniz