Dövlət qurumu “Ağ Şəhər”dən 644 min manata ofis icarəyə götürdü


Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) “Bakı Ağ Şəhər Ofis Binası” MMC (VÖEN – 2002173521) ilə satınalma müqaviləsi bağlayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, müqavilənin şərtlərinə görə, “Bakı Ağ Şəhər Ofis Binası” MMC Biznesinin İnkişafı Fonduna ofis sahəsi icarəyə verəcək və qarşılığında 644 min 280 manat alacaq. Müqavilə bir il müddətində qüvvədə olacaq.
Onu da bildirək ki, “Bakı Ağ Şəhər Ofis Binası” MMC bu ilin əvvəlində ABİF ilə daha bir icarə müqaviləsi imzalayıb. 3 il müddətində qüvvədə olacaq həmin müqavilənin dəyəri isə 1 milyon 8 min 560 manat 16 qəpik olub.
Məlumat üçün qeyd edək ki, nizamnamə kapitalı 1000 manat olan “Bakı Ağ Şəhər Ofis Binası” MMC 2011-ci ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən MMC-nin qanuni təmsilçisi Vəliyev Rəhman Məmməd oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top