Favoritlərin yeni siyahısı açıqlandı – Argentina ilk üçlükdə deyil...


“Opta” analitik şirkətinin superkompüteri 2026-cı il Dünya Kubokunun 1/4 final mərhələsi ərəfəsində çempionluğa əsas favoritləri açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin saytında məlumat dərc olunub.
Məlumata görə, Fransa hələ də əsas favorit olaraq qalır (27,62%). İspaniya titul uğrunda onların əsas rəqibi hesab olunur (21,54%). İlk üçlüyü (17,06%) isə İngiltərə tamamlayır.
Argentina 15,9% qalib gəlmək şansı ilə ikinci yerdən dördüncü yerə düşüb.
Superkompüterin proqnozlarına görə, Dünya Kubokunu qazanmaq şansı ən az olan komandalar Norveç (6,50%), Mərakeş (4,04%), Belçika (3,86%) və İsveçrədir (3,46%).
Qeyd edək ki, Dünya Kuboku ABŞ, Kanada və Meksikada keçirilir. İlk dəfə olaraq yarışda 48 komanda iştirak edir. Turnir 19 iyulda başa çatır. Hazırkı çempion Argentinadır.

DİGƏR XƏBƏRLƏR

Top