
Hazırda Türkiyədə rəsmi səfərdə olan ABŞ Prezidenti Donald Tramp İranla müvəqqəti razılaşmanın bitdiyini elan edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə atəşkəsin statusu ilə bağlı müvafiq sualı cavablandırarkən danışıb.
“Məncə, hər şey bitdi. Onlar xəstədirlər. Onlarla məşğul olmaq sadəcə vaxt itkisidir”, - deyə İran rəhbərliyini nəzərdə tutan Tramp bildirib.
ABŞ lideri, həmçinin danışıqların davam etməsinə icazə verəcəyini deyib.
BBC yazır ki, bu açıqlamadan sonra dünya bazarında neft qiymətləri beş faizdən çox artıb.
Qeyd edək ki, dünən gecə Hörmüz boğazı yaxınlığında Qətərə məxsus “Ər-Rukeyyat” adlı neft tankeri vurulub. İran tərəfi neft tankerini xəbərdarlıqlara əməl etmədiyinə görə vurduğunu bildirib. Bundan sonra ABŞ İran ərazisinə zərbələr endirib. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ-nin Bəhreyn və Küveytdə yerləşən 85 hərbi obyektinə zərbə endirdiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz