
ABŞ Prezidenti Donald Tramp Türkiyənin beşinci nəsil F-35 qırıcı təyyarələrini alacağını elan edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə NATO-nun baş katibi Mark Rutte ilə Ankarada NATO sammiti çərçivəsində keçirilən görüşü zamanı bildirib.
Qeyd edək ki, Ağ Ev rəhbəri daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın alyansın tamhüquqlu üzvü olduğunu bildrimiş və Ankaradakı həmkarını razı salacaq addımlar atmağı planlaşdırdığını əlavə etmişdi.
Xatırladaq ki, Türkiyə və Rusiya arasında S-400-lərin tədarükü üçün müqavilənin imzalanmasından sonra Ankara ABŞ-nin yeni nəsil F-35 qırıcı təyyarələrinin əldə edilməsi proqramından kənarlaşdırılmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz