
İspaniyalı Alvaro Arbeloa İngiltərənin “Fulham” klubunun baş məşqçisi təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilə 2028/29 mövsümünün sonuna qədər qüvvədədir.
Qeyd edək ki, Arbeloa 2026-cı ilin yanvar ayından bəri “Real Madrid”in baş məşqçisi olub. O, 2025/26 mövsümü ərəfəsində baş məşqçi təyin olunmuş ispan mütəxəssis Xabi Alonsonu əvəz edib. 43 yaşlı mütəxəssisin müqaviləsi 2027-ci ilin iyun ayına qədər olsa da, o, 9 iyunda Madrid klubundan ayrılıb.
Xatırladaq ki, ötən mövsüm “Fulhem” İngiltərə Premyer Liqasının turnir cədvəlində 11-ci yeri tutub.
Tətbiqimizi yükləyə bilərsiniz