Tramp İrana zərbələr barədə əmri Ankaradan verib


ABŞ Prezidenti Donald Tramp Ankarada NATO sammitində iştirak edərkən İrana zərbələr barədə əmr verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid “X” sosial şəbəkə səhifəsində ABŞ administrasiyasındakı mənbələrə istinadla yazıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti iyulun 7-də Ankarada olarkən İrana zərbə endirmək planını təsdiq edib və bununla bağlı əmr verib.
Bildirilir ki, Tramp Ankarada ABŞ dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, ABŞ maliyyə naziri Skott Bessent və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynlə müşavirə keçirib.
Qeyd edək ki, dünən gecə Hörmüz boğazı yaxınlığında Qətərə məxsus “Ər-Rukeyyat” adlı neft tankeri vurulub. İran tərəfi neft tankerini xəbərdarlıqlara əməl etmədiyinə görə vurduğunu bildirib. Bundan sonra ABŞ İran ərazisinə zərbələr endirib. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ-nin Bəhreyn və Küveytdə yerləşən 85 hərbi obyektinə zərbə endirdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top