Sumqayıt İcra Hakimiyyəti Nigar Bağırovadan yenə gül alır – Bu dəfə 280 minə


Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqələrinin qalibi fərdi sahibkar Nigar Rauf qızı Bağırova (VÖEN – 1702068062) olub.
Bu şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinə Sumqayıt Bulvarı ərazisi üçün qazon və güllər satacaq. Nigar Bağırova satacağı güllər və qazonların qarşılığında Sumqayıt Şəhər İcra Hakimiyyətindən 280 min manat alacaq.
Qeyd edək ki, Nigar Bağırova son illər davamlı olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinə güllər satır. Belə ki, Nigar Bağırova 2025-ci ildə İcra Hakimyyətinə 145 min 550 manat, 2024-cü ildə isə 130 min 700 manat dəyərində güllər və qazonlar satılıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top