
Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3685 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının spikeri Xorxe Rodriqes “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Rəsmi məlumata görə, 16 740 nəfər yaralanıb, 17 907 nəfər evsiz qalıb. 190 bina tamamilə dağılıb, 856 binaya ciddi ziyan dəyib.
Axtarış-xilasetmə işləri nəticəsində 6462 nəfər xilas edilib. 25 970 nəfər tibbi yardım, 86 794 ailə isə maddi yardım alıb. Bundan əlavə, ehtiyacı olanlara 9600 tondan çox ərzaq çatdırılıb.
Qeyd edək ki, iyunun 24-də Venesuelada iki güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidməti birinci təkanın 7,2, ikincisinin isə 7,5 bal gücündə olduğunu bildirib.
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes zəlzələ qurbanlarının xatirəsinə yeddi günlük milli matəm elan edib.
Tətbiqimizi yükləyə bilərsiniz