
Paytaxtda autizmli azyaşlıya qarşı fiziki zorakılıq edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə azyaşlının anası Fidan Abdulla sosial media hesabında məlumat və zorakılıq anını əks etdirən kadrları yayıb.
Kadrlarda bir nəfərin liftə daxil olmağa çalışan azyaşlıya mane olması, daha sonra isə onu zorakılıqla itələyərək yıxması əks olunub.
Görüntülər sosial mediada geniş müzakirə olunub.
F. Abdulla Baku TV-yə bildirib ki, artıq sözügedən 29 yaşlı şəxs saxlanılıb və səhhəti ilə əlaqədar dispanserə yerləşdirilib.
Tətbiqimizi yükləyə bilərsiniz