Rusiya Suriya üçün konstitusiya yazdı

Moskva rusiyalı mütəxəssislərin hazırladığı Suriya konstitusiya layihəsini silahlı müxalifətə təqdim edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi, Astana danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Lavrentyev deyib. Onun sözlərinə görə, bu prosesi sürətləndirmək və ona əlavə stimul vermək üçün belə bir addım atılıb: “Hesab edirik ki, bu prosesə Suriya xalqının özü başçılıq etməlidir. Moskva silahlı müxalifətdən təqdim etdiyi layihəyə reaksiya gözləyir”.

DİGƏR XƏBƏRLƏR

Top