Marin Le Pen Fransada prezident seçkilərində iştirak edəcək

marin le penə 4 il şərti həbs cəzası verilib
Fransanın “Milli Birlik” parlament qrupunun lideri Marin Le Pen 2027-ci il Fransa prezident seçkilərində iştirak edəcək.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə TF1-ə danışıb.
“Bu gecə mən prezident seçkilərində namizədəm”, - siyasətçi bildirib.
O, əlavə edib ki, apelyasiya məhkəməsinin qərarı ilə taxılması tələb olunan elektron bilərziklə seçki kampaniyası aparmayacaq. O, məhkəmənin qərarını dayandıracaq kassasiya şikayəti verəcək:
“Mən elektron bilərziklə ev dustaqlığı altında seçki kampaniyası aparmayacağımı bildirdim. Lakin Kassasiya Məhkəməsinə apelyasiya şikayəti vermək seçimim olduğuna və apelyasiyanın əvvəlki məhkəmənin qərarını dayandırdığına görə, elektron bilərziksiz seçki kampaniyası aparacağam”.
Xatırladaq ki, birinci instansiya məhkəməsi Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işi üzrə hökmünü 2025-ci ilin mart ayında çıxardı. Daha sonra Marin Le Penə beş il müddətinə vəzifə tutmaq qadağan edildi. İyulun 7-si Paris Apelyasiya Məhkəməsi Marin Le Peni seçkilərdə iştirakına qoyulan qadağanı azaldıb. Le Pen 100.000 avro cərimə və üç il həbs cəzasına məhkum edilib, bunlardan ikisi şərti olaraq dəyişib və elektron bilərzik taxmaq məcburiyyətində qalıb. Məhkəmə həmçinin onu 45 ay müddətinə seçkili vəzifə tutmaqdan məhrum edib və onun 30 ayı artıq hesablanıb. Bu diskvalifikasiya müddəti 31 mart 2025-ci ildə başlayıb. Buna görə də, bu qərar ona 2027-ci il prezident seçkilərində iştirak etməyə imkan verir.

DİGƏR XƏBƏRLƏR

Top