
Macarıstanın dövlət mediasının yeni rəhbərliyi M1 xəbər kanalının və “Kossuth” radiostansiyasının yayımını dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Media Aktivlərinin Dəstəklənməsi və İdarə Edilməsi Fondunun (MTVA) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, onlar hökumət təbliğatından azad, fərqli bir formatda fəaliyyətini bərpa edəcəklər:
“Son illərdə ictimai yayım siyasi gücün təsiri altına düşüb və əsas funksiyasını itirib: ictimaiyyətə etibarlı və obyektiv məlumat vermək funksiyasını. Bunun əvəzinə, o, nifrət və yalanı qızışdırmaq üçün bir platformaya çevrilib. İndi hər şey dəyişəcək”.
M1 kanalının görüntüsü qaralıb və ekranda mətn nümayiş etdirilib:
“İctimai televiziya yalan danışa bilməz. Bunu etdiyimiz uzun illər üçün üzr istəyirik! İctimai televiziya gələcəkdə müstəqil və etibarlı hala gətiriləcək. Xəbər yayımları müvəqqəti olaraq dayandırılıb. Bizi izləməyə davam edin!”
Macarıstanın Baş naziri Peter Magyar bu addımları alqışlayıb:
“Tarixi bir gün. Bu gün Macarıstanın dövlət mediasında təbliğat kampaniyası nəhayət başa çatdı. Gecələr yalan danışdılar. Gündüzlər yalan danışdılar. Hər kanalda yalan danışdılar. İndi hər şey bitdi”.
Tətbiqimizi yükləyə bilərsiniz