
Futbol üzrə dünya çempionatında Argentina-Misir görüşü keçirilib.
Yeniavaz.com xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi rəqibini 3:2 hesabı ilə məğlub edib.
Oyunda hesabı Misir yığması açıb. 15-ci dəqiqədə Yasser İbrahim və 67-ci dəqiqədə Mustafa Ziko fərqləniblər. Lakin məyus olmayan argentinalılar ardıcıl 3 dəfə topu qapıdan keçiriblər. Kristian Romero (79), Lionel Messi (83) və Enzo Fernandes (90+3) qolların müəllifi olub.
Tətbiqimizi yükləyə bilərsiniz