İtaliya məhkəməsi Ərdoğanın oğlu ilə bağlı qərar verdi

İtaliyanın Bolonya şəhərinin ilkin istintaq məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğana qarşı işi arxivə göndərmək qərarını verib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, B.Ərdoğan iş çərçivəsində pul vəsaitlərinin yuyulmasında şübhəli bilinirdi. B. Ərdoğan 2015-ci ilin payızında ailəsi ilə birlikdə Bolonyaya gələrək Cons Hopkins Universitetində doktorluq dissertasiyasını yazıb. 2016-cı ilin fevralında Fransada yaşayan biznesmen Murad Hakan Uzanın bəyanatı əsasında ona qarşı təhqiqat başlanılıb. Biznesmen B. Ərdoğanın İtaliyaya gətirdiyi pulların mənşəyini öyrənməyi xahiş edib. Ona qarşı işin açılması B. Ərdoğanı İtaliyanı tərk etməyə məcbur etmişdi. Dekabrda istintaq biznesemeni ifadə vermək üçün çağırsa da o gəlməyib. Məhkəmə də şahidin gəlməməsinə görə işi arxivə göndərib, daha doğrusu bağlayıb.

DİGƏR XƏBƏRLƏR

Top