
“Rusiya nüvə silahından yalnız mövcudluğu təhlükə altında qaldığı təqdirdə istifadə edəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü xatırladıb ki, Rusiyanın nüvə silahından istifadə şərtlərini açıq şəkildə göstərən nüvə doktrinası var:
“Bu, son dərəcə aydın, başa düşülən və sadədir. Əgər Rusiya dövlətinin mövcudluğuna təhlükə yaradan bir şey varsa, nüvə silahlarından istifadə ediləcək. Əks halda, yox. Bunu anlamaq çox vacibdir”.
Tətbiqimizi yükləyə bilərsiniz