
Sasseks hersoqu Şahzadə Harri və digər altı iddiaçı London Ali Məhkəməsində “Daily Mail” və “Mail on Sunday” qəzetlərinin naşirinə qarşı məxfilik iddiasını uduzublar.
Yeniavaz.com “BBC News”a istinadən xəbər verir ki, Şahzadə Harri, müğənni Elton Con və aktrisa Elizabet Hörli də daxil olmaqla bir qrup iddiaçı “Associated Newspapers Limited” (ANL)-ə qarşı qanunsuz məlumat toplamaqda ittiham edərək iddia qaldırıblar. Naşir bütün iddiaları rədd edərək onları “gülünc” adlandırıb.
Məhkəmə işə iki aydan çox baxıb. Digər məsələlərlə yanaşı, iddiaçılar ANL-in səsli poçtlarını, telefon zənglərini qanunsuz olaraq dinləmək və məxfi şəxsi məlumatları əldə etmək üçün özəl müstəntiqlər işə götürdüyünü iddia ediblər.
Hakimin sözlərinə görə, iddiaçılar qanunsuz məlumat toplamaq iddialarını sübut edə bilməyiblər. O, iddiaları ciddi adlandırıb və daha inandırıcı dəlil tələb edib.
ANL məhkəmənin qərarını alqışlayaraq, bunu “Daily Mail” və onun jurnalistləri üçün böyük qələbə” adlandırıb.
Tətbiqimizi yükləyə bilərsiniz